“Partiyalarla bağlı yeni qanunda bu prinsiplər əsas götürülüb” – Vitse-spiker 

Hazırda oxunan: “Partiyalarla bağlı yeni qanunda bu prinsiplər əsas götürülüb” – Vitse-spiker 

106899

“”Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən iki başlıca prinsip əsas götürülüb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail İbrahimli səsləndirib.

Belə ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini parlamentə təqdim edən vitse-spiker qeyd edib ki, ilk növbədə Avropanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınıb:

“İkinci başlıca prinsip isə siyasi sistemin xüsusiyyətləri ilə bağlıdır ki, bu prinsipə də əməl edildi. Qanun layihəsi hazırlanarkən 20 ölkənin təcrübəsi öyrənilib. Eyni zamanda, 47 siyasi partiyadan 250-dək təklif Milli Məclisə daxil olub və layihədə qeydə alınıb.
Bunlardan əlavə, Venesiya komissiyasının müsbət rəyi də alınıb. Hər kəs bu qanun layihəsinə tərəfdardır. Lakin məsələni qavrama tərzi, dünyagörüşü fərqləri fikir müxtəlifliyinə səbəb oldu. Ona görə də layihəyə 66 dəyişiklik edildi”, - deyə Fəzail İbrahimli bildirib. 

Vitse-spiker deputatlara müraciət edərək vurğulayıb ki, qanun layihəsi ilə bağlı yeni təkliflər də nəzərə alınacaq. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin