“Milyonçularımız xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi?” – Zahid Oruc 

Hazırda oxunan: “Milyonçularımız xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi?” – Zahid Oruc 

106885

“Sentyabrın 1-də Xankəndinə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətlərini yeni separatizm hərəkatına qoyur. Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zahid Orucdan qiymət artımına MÜNASİBƏT - Nə qədər ki...


Millət vəkili qeyd edib ki, bizi xaricdə yaşayan iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmayə qoymaması da narahat etməlidir:

“Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı? Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar.

Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük Qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”.

Zahid Oruc xatırladıb ki, yüz il əvvəl erməni mantaşovlar, ter-qukasovlar pullarını Bakı neft mədənlərinə yatırırdılar. Sonra milli burjuaziyamız xalqın önünə çıxdılar:

“İndi rəhmətlik Zeynalabdin Tağıyevlər, Murtuza Muxtarovlar sağ olsaydılar, sərvətlərini azad edilmiş torpaqlara qoyardılar. Lakin nə etmək olar, Qarabağda neft yoxdur. Əlbəttə, dünyada hər şey pulla ölçülmür. Vətəni olmayıb, milyonlara sahib o qədər yoxsul var ki.
Ona görə də ermənilərlə savaşda hamının silahla döyüşməsinə ehtiyac yoxdur. Dövlətimiz vardanyanları özü neytrallaşdıracaq, əvəzində xaricdən gələn milyonçularımız Qarabağda qazansalar, düşmən üzərində qələbəni davam etdirərlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin