Ukrayan ikiyə bölünür. Artıq bununla bağlı rəsmi fikirlər səsləndirilir. Nəzərə alaq ki, Ukrayna-Rusiya müharibəsinin yekunu olaraq öncə birincinin bir neçə yerə parçalanacağı ilə bağlı fikrlər zaman-zaman səsləndirilib.
Halbuki, münaqişənin başladığı ilk aylarda belə bir fikir səslənirdi ki, bu müharibə Rusiyanın sonunu gətirəcək. Hətta Rusiyanın tezliklə dünyanın siyasi xəritəsindən silinəcəyi proqnozlarını verənlər də vardı. Lakin, hadisələrin sonrakı inkişafı bu müharibənin daha çox Ukraynanın parçalanması üçün ortaya atılmış bir layihə olduğunu göstərdi.
Ekspertlərin fikrincə, Ukraynanın parçalanmasını zəruri edən bir sıra səbəblər də var.
Birincisi dini səbəbdir. Bildiyimiz kim Ukraynanın Qərb hissəsində katoliklər, Şərqində isə provaslavlar yaşayır. Və onların dini baxışları heç zaman üst-üstə düşməyib.
İkincisi iqtisadi faktordur. Ukrayna taxıl məhsullarının istehsalına görə dünyanın öndə gedən 5 ölkəsindən biridir. İndiki iqtisadi böhran və ərzaq çatışmazlığı şəraitində super dövlətlər keçmiş sovetlər dövləti kimi Ukraynanın bu statusundan heç də məmnun deyil.
Üçüncüsü siyasi faktordur. Ukrayna dünyanın ən böyük tranzit dövlətlərindən biridir. Bu üstünlüksə təbii ki, Ukraynaya əlavə siyasi dividentlər verir.
Ona görə də Ukraynanın parçalanması ən çox superdövlətlərin marağına xidmət edir. Təsadüfi deyil ki, ötən həftə Fransanın “Le Figaro” nəşrinin oxucuları Prezident Volodimir Zelenskini Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verməyə çağırıblar. Bununla da fransızlar Ukraynanı bölmək hesabına davamlı sülhə nail olunacağını bildiriblər.
Fransanın dünyaca məşhur nəşrininin belə bir ideyanı ortaya atması ona görə də təsadüf deyil. Məsələ ilə bağlı politoloq Əhməd Əlilinin mövqeyini öyrəndik.
Bizim.Media-ya açıqlamasında o bildirdi ki, “Le Figaro” məlumdur ki, Fransanın mövqeyini təqdim edir:
“Nəzərə alaq ki, Frananın mövqeyi Aİ-nin mövqeyindən fərqlənir. Bunu bir çox məsələlərdə, xüsusilə də ABŞ-la bağlı məsələlərdə açıq-aydın görmək olar. Bundan əlavə Fransa digər Avropa dövlətlərindən fərqli olaraq Ukraynaya daha az yardım etdiyinə görə də tez-tez qınanır. Fransa çalışır ki, Rusiya ilə münasibətlər ən qısa vaxtda normallaşsın. Bu konteksdə müharibənin bitməsi və bununla əlaqəli məqamlarla bağlı Fransa mətbuatının bu tip fikirlər səsləndirməsi anlaşılandır”.
Politoloq onu da qeyd etdi ki, ABŞ, Böyük Britaniya və bir çox Şərqi Avropa dövlətləri Ukraynanın bölünməsi fikri ilə qətiyyən razı deyil:
“Bu fikri Aİ-yə üzv olan Şərqi Avropa dövlətləri birmənalı şəkildə yaxın buraxmır. Çünki, onlar başa düşürlər ki, Ukraynanın parçalanmasından sonra növbə onlara da çata bilər. Lakin, Fransanın daxilində Ukraynanın ikiyə bölünməsinə isti yanaşanlar var. Onlar hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi ona görə başladılıb ki, Aİ güclənə bilməsin. Buna görə də Fransa bütün vasitələrlə bu müharibənin durdurulmasına çalışır. Həmin yollardan biri də Ukraynanın parçalanmasıdır”.
Amma əksər ekspertlərin fikrincə, Fransa enində-sonunda heç zaman Rusiyaya qarşı çıxmayıb. Ən kritik məqamlarda bu iki ölkə birlikdə hərəkət etməyi bacarır.
Ona görə də bu proses 2025-ci ilə qədər belə davam edəcək və sonda öz məcrasına daxil olacaq. Dünyanın bir çox beyin mərkəzlərinin planına görə, bizi qarşıda həm müharibələr, həm də siyasi ziddiyyətlər dolu iki il gözləyir. 2025-ci ildə isə Rusiyanı da dağılmağa doğru aparacaq fərqli siyasi xəritə ilə üz-üzə qalacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 28.11.2022
Fransa Ukraynanın ikiyə bölünməsinə razılıq verib – 2025-ci ilə qədər NƏLƏR OLACAQ?
Hazırda oxunan: Fransa Ukraynanın ikiyə bölünməsinə razılıq verib – 2025-ci ilə qədər NƏLƏR OLACAQ?
Hazırda oxunan: Fransa Ukraynanın ikiyə bölünməsinə razılıq verib – 2025-ci ilə qədər NƏLƏR OLACAQ?
106734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.