“Ermənistanın sülh prosesində iştirakı qeyri-səmimidir” - Elçin Əmirbəyov

Hazırda oxunan: “Ermənistanın sülh prosesində iştirakı qeyri-səmimidir” - Elçin Əmirbəyov

106387

“Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərir. Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlardan onun sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksika Birləşmiş Ştatlarına səfərində bildirib.

Azərbaycanın regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən E.Əmirbəyov, bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi Bakı tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin