"Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib” – İlham Əliyev 

Hazırda oxunan: "Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib” – İlham Əliyev 

106355

"Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və bu mövqeyə sadiq qalır".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Rusiya-Ukrayna münaqişəsi barədə suala cavab verərkən bildirib.

“Fikrimcə, nə baş verəcəyini heç kim bilmir. Biz bu məsələyə qoşulmamışıq və informasiyanı açıq mənbələrdən alırıq. Lakin görürük ki, bu münaqişə ilə bağlı beynəlxalq hadisələrin proqnozlaşdırılması əsla mümkün deyil.
 

MÖVZU İLƏ BAĞLI:

“Afrika ölkələri ilə fəal işləyirik, Keniyada səfirlik təsis ediləcək” – İlham Əliyev 


Ən vacib sual bunun nə vaxt və necə başa çatacağıdır. Dünyada çox şey bundan asılı olacaq. Ona görə də vəziyyətin necə inkişaf edəcəyi barədə şərhlərlə çıxış etmək mənim tərəfimdən, necə deyərlər, çox məsuliyyətsiz hərəkət olardı.

Bu, bir sıra amillərdən, Rusiya hökumətinin siyasətindən, Ukrayna hökumətinin siyasətindən və Ukrayna ordusunu dəstəkləyən Qərbdəki müttəfiqlərin siyasətindən asılıdır”,-deyə ölkə başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, qarşıda duran birinci dərəcəli məsələ müharibəni başa çatdırmaqdır:

“Bunu başa düşmək lazımdır ki, müharibə başa çatmalıdır. Fikrimcə, bu, birinci dərəcəli məsələdir. Əlbəttə, Azərbaycan bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqeyə sadiq qalırıq. Biz ərazi bütövlüyünün pozulmasından zərər çəkmişik. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin