Metyu Brayza Ermənistan-Azərbaycan danışıqları ilə bağlı SON SİRLƏRİ açıqladı - EKSKLÜZİV

Hazırda oxunan: Metyu Brayza Ermənistan-Azərbaycan danışıqları ilə bağlı SON SİRLƏRİ açıqladı - EKSKLÜZİV

106201

“Yerevandakı Putinə qarşı etiraz aksiyalarının nə dərəcədə önəmli olduğunu demək çətindir. Bildiyimiz odur ki, Baş nazir Paşinyanın tərəfdarları qərbyönümlüdür, yəni onların böyük əksəriyyəti Rusiyanın Ermənistan üzərindəki təsirini sevmirlər”. 

Bu fikirləri Rusiya-Ermənistan münasibətlərini və Qafqazda yaranan gərginliyi Bizim.Media-ya şərh edərkən ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayza: "Minsk qrupu artıq ölüb"


Brayza hesab edir ki, Putin Cənubi Qafqazda, xüsusən Ermənistanda nüfuzunu demək olar ki, itirib. Elə İrəvandakı KTMT iclası zamanı Ermənistanın qurumdan ayrılmaq istəyi də bunu sübut edir. 

“Putinin Prezident Əliyevlə danışığı da onu göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh prosesindəki rolunu qoruyub saxlamağa çalışır. Putin artıq Rusiyanın Minsk Qrupu və Dağlıq Qarabağın sülh prosesindəki tərəfsiz vasitəçi kimi çıxış etməsini həyata keçirə bilmir. Minsk Qrupu isə artıq effektivliyini tamamilə itirib”.

Son günlər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini atəşə tutmasına münasibət bildirən keçmiş səfir əlavə edib ki, Qafqazda gərginlik hələ bir müddət davam edəcək, lakin tezliklə son sülhə nail olmaq mümkün olacaq: 

“Qafqazda gərginlik var və həmişə də olacaq. Əminəm ki, Avropa İttifaqı regionda sülhün təmin olunması üçün çox iş görür. Aİ Prezidenti Şarl Mişel Prezident Əliyev və Baş nazir Paşinyanı təkrar-təkrar bir araya gətirmək üçün aktiv rol oynayır. Hər iki ölkə liderinin sülhə, sülh razılığının imzalanmasına və ölkələrinin sərhədlərinin demarkasiya edilməsinə tərəfdar olduğuna inanıram. Qaçınılmaz davamlı münaqişələrə baxmayaraq, yaxın gələcəkdə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olacaq. Buna əminəm”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin