“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası, həmçinin nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Putin Soçi bəyanatını MÜZAKİRƏ EDİB
Putin Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirərək, aparılan danışıqların prinsipial məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaratdığını bildirib: “Birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib”.
Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail olmanın yollarından bəhs edib:
"Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə, biz Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək”.
Bizim.Media