İlham Əliyev: “Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk”

Hazırda oxunan: İlham Əliyev: “Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk”

105929

“Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk. Hazırda onların artıq strateji tərəfdaşlıq mahiyyəti var. Bu, sadəcə imzaladığımız bəyanatla kifayətlənmir, əməkdaşlığımızın əsasını təşkil edir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü zamanı deyib. 

Ölkəmizin başçısı Serbiya rəhbərinə dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib:

“Gözəl ölkənizdə olmaqdan və fəal dialoqumuzu davam etdirməkdən çox məmnunam. Biz beynəlxalq arenada, bəzi beynəlxalq tədbirlərdə tez-tez görüşürük. Telefonla əlaqə saxlayırıq. Bir sözlə, əlaqədəyik”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası yaradılır - VİDEO


İlham Əliyev Serbiya-Azərbaycan münasibətlərindən danışaraq, iki ölkənin bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyini xüsusi qeyd edib:  

“Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyimizi dəstəkləmişik və bunu davam etdirəcəyik. Biz, həmçinin çox sıx şəxsi münasibətlər qurmuşuq, bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu, ikitərəfli əməkdaşlığımızın vacib elementlərindən biridir. 

Mən böyük nümayəndə heyəti ilə gəlmişəm və həmçinin Serbiya tərəfinin böyük nümayəndə heyətini görürəm. Nümayəndə heyətimizin üzvlərinin çox fəal surətdə söhbət aparmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı fürsət olacaq. Əməkdaşlığımızın hansı şəkildə daha da inkişaf etdirmək, tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə edəcəyik. Qonaqpərvərliyə görə bir daha minnətdaram”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin