Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya Hökumətinin saytında yer alıb.
Mənbə yazır ki, Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla telefonla nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə edib.
“2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı olaraq hökumət başçıları aktual məsələləri müzakirə ediblər. Mişustin və Əsədov Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:01 / 22.11.2022
Əli Əsədov rusiyalı həmkarı ilə telefonda nəyi MÜZAKİRƏ ETDİ?
Hazırda oxunan: Əli Əsədov rusiyalı həmkarı ilə telefonda nəyi MÜZAKİRƏ ETDİ?
Hazırda oxunan: Əli Əsədov rusiyalı həmkarı ilə telefonda nəyi MÜZAKİRƏ ETDİ?
105733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.