“Böyük Qayıdış”da qadınların fəal iştirakı vacib element olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ADA Universitetində keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Britaniyanın Azərbaycandakı səfiri Ağdamda: “Dağıntıları görmək çox ağırdır” - FOTO
“Bu yaxınlarda Ağdamda səfərdə ikən dağıntıların necə böyük miqyasda olduğunu gördüm. Aydındır ki, bu ərazilərin minalardan təmizlənməsi qayıdış üçün vacibdir. Şadam ki, minalardan təmizlənmə prosesində ANAMA-ya dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri Britaniyadır”, - deyə səfir bildirib.
Səfir Britaniyanın da dəstəyi ilə ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatlarında artıq qadınlardan ibarət komandanın da iştirak etdiyini vurğulayıb.
Bizim.Media