Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, YAP sədrinin müavini – Mərkəz Aparatın rəhbəri Tahir Budaqov deyib ki, dünən YAP-ın 30 illik yubileyi İCAPP konfransının iştirakçıları ilə birlikdə qeyd edilib.
Tahir Budaqov deyib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var:
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, bölgədə sülhə və əməkdaşlığa nail olması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda xalqların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşmaq və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”.
YAP Mərkəzi Aparat rəhbəri qeyd edib ki, 30 ilə qədər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb:
“Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum sanksiyanı da icra edib”.
Tahir Budaqov vurğulayıb ki, Ermənistan hələ də 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın bir sıra müddəalarını yerinə yetirməkdən imtina edir: “İnanıram ki, ümumilikdə Asiyanın 370-dən çox partiyasını birləşdirən İCAPP-ın Bakıda keçirilən bu konfransı yaddaqalan olacaq”.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini oxuyub.
ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-yong dünyanın COVID-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən çöz açıb. Onun sözlərinə görə, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.
Türkiyə Böyük Millət Məclisinin deputatı Afif Demirkıran deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər: “Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.
Afif Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılması istiqamətində gördüyü işlərdən danışıb:
“Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:19 / 22.11.2022
Bakıda xüsusi konfrans keçirilir: Prezidentin müraciəti oxundu - FOTO
Hazırda oxunan: Bakıda xüsusi konfrans keçirilir: Prezidentin müraciəti oxundu - FOTO
Hazırda oxunan: Bakıda xüsusi konfrans keçirilir: Prezidentin müraciəti oxundu - FOTO
105628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.