Hər bir hərbi əməliyyatda onun sona çatmasından sonra işğalçı tərəf qonşusunun zəbt etdiyi torpaqlarından çıxanda orada yerləşdirdiyi mina xəritəsini təqdim edilməlidir.
Bu hərb qaydalarında öz əksini tapır. Lakin 4 ay müddətinə yaxındır ki, Qarabağda hərbi əməliyyatlar bitib, lakin erməni tərəfi Azərbaycana bu xəritələri təqdim etməkdən boyun qaçırır.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda atəşkəsə nəzarət üçün PUA-lara üstünlük veriləcək - Hərbi ekspertdən detallar…
Bəs, buna səbəb nədir?
Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlamasında bunun erməni ordusunda olan intizamsızlığın səbəb olduğunu düşünür.
“Biz ermənilərdən indiyə qədər müsbət hərəkət görməmişik. Sadəcə, onlar dəmir yumruq başlarına dəydikdən sonra, bəzi ərazilərdən geri çəkilməyə məcbur oldular. Onların mina sahələrinin xəritələrini bizə verməməklərinin əsas səbəbi, odularında olan nizam-intizamsızlıqdır.
Çünki bu cür xəritələr hər bir orduda olmalıdır. Görünür ki, onlarda minalar plansız şəkildə düzülüb və bunların heç biri də sənədləşdirilməyib”, - deyə o, bildirib.
Ekspert həmçinin qarşı tərəfin bunu qəsdən etdiyi barədə versiyası olduğunu da deyib.
“İkinci səbəb kimi isə bunun qəsdən edildiyi qənaətinə gələ bilərik. Ola bilsin bəzi ərazilərin mina xəritələri var, lakin onlar bunu təqdim etməkdən imtina edirlər. Çünki bu onların xislətinə uyğundur.
Hansısa insan itkilərinin qarşısını almaq üçün xəritləri verməkdənsə, onlar bunun əksini edir. Bizim insanlarımızın həlak olması onlar üçün bir əhəmiyyət kəsb etmir. Onlar hətta yanlış xəritələr də təqdim edə bilərlər, çünki xislətlərində faşizim var”.
Ədalət Verdiyev mina təmizləmə işlərini həyata keçirən insanların daha diqqətli olmalarını tövsiyyə edib:
“Onların məsuliyyəti çox böyükdür. Vətəndaşlarımızın da o bölgələrə rəsmi icazəsi olmadan getməsi məqsədəuyğun deyil”.
Sonda ekspert Azərbaycan xalqının ermənilərdən indiyə qədər humanitar məqsədli müsbət bir addım görmədiyini vurğulayaraq, bundan sonra da onlardan belə bir jestin gələcəyinə inanmadığını deyib.
Vüsalə Balayeva, Bizim.Media