SON DƏQİQƏ - Fərhad Əhmədov Rusiyaya casusluqda şübhəli bilinir?

Hazırda oxunan: SON DƏQİQƏ - Fərhad Əhmədov Rusiyaya casusluqda şübhəli bilinir?

105589

Bizim.Media ölkənin bir sıra aparıcı “Telegram” kanallarına istinadən xəbər verir ki, rusiyalı milyarder casusluqda şübhəli bilinir, onun haqqında xeyli sübutların olduğu iddia edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Əhmədov nəyin axtarışındadır? - ARAŞDIRMA


İddiaya görə, Fərhad Əhmədovun mətbuat katibinin rusiyalı milyarderin Azərbaycandakı obyektlərində aparılan axtarışlardan sonra verdiyi məlumat həqiqətə uyğun deyil.

Belə ki, oktyabrın 18-də Əhmədovun obyektlərində axtarışlar aparılıb. Ertəsi gün Əhmədovun mətbuat katibi “Turan” agentliyinə açıqlama verib.

“Axtarış milyarderin yalnız Göyçayda fərdi yaşayış evində aparılıb, müəssisələrdə heç bir yoxlama olmayıb. Axtarış zamanı heç nə aşkar edilməyib. Görünür, hansısa anlaşılmazlıq baş verib, lakin hər şey aydınlaşdı və məsələ həll olundu”,-deyə mətbuat katibi açıqlamasında qeyd edib.

Lakin, iddialara əsasən vəziyyət tamamilə fərqlidir.

Belə ki, Əhmədovun Bakı, Göyçay və İsmayıllı rayonlarında yerləşən bütün yaşayış və ticarət obyektlərində axtarışlar aparılıb. Elektron vasitələr və digər materiallar müsadirə olunub və  hazırda onların incələnməsi prosesi gedir.

Mənbə bildirir ki, Fərhad Əhmədov istintaq idarəsinə çağırılaraq ifadəsi alınıb. 10 saata yaxın davam edən dindirilmə sonrası milyarderdən ölkəni tərk etməmək barədə yazılı öhdəlik alınıb.

Qeyd edək ki, Əhmədovun əsas sərvəti Göyçaydakı “Aznar” şirə zavodudur.  Milyarder Rusiyanın “Forbes” jurnalının 2022-ci il siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

2004-2010-cu illərdə Əhmədov Rusiya Federasiya Şurasının üzvü olub. 2022-ci ilin aprelində Avropa İttifaqı (Aİ) və Böyük Britaniya milyarderə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin