“Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti hər zaman maraqlı eksperimentləri ilə heyrətləndirməyi bacarıb. Ənənə bu il də davam edir”.
Bunu Bizim.Media-ya açıqlamasında teatrın mətbuat katibi Leyla Hafizqızı söyləyib.
O, əlavə edib ki, hər zaman uğurlu layihələrlə festivallara qatılan, istedadlı rejissor Fuad Kazımov Ə.Haqverdievin "Kimdir müqəssir" vodevilini maraqlı traktovka ilə təqdim edir:
“Rejissor tərəfindən əlavə edilmiş şeytan obrazı hadisələri qarışdırır, ərlə arvad arasındakı mübahisəni kulminasiya nöqtəsinə çatdırır, bir növ nağılçının missiyasını boynuna götürür. Tamaşanı iki heyət oynayır. Dağlar Rüstəmovla Vəfa Qurbanovanı gənclər Elay Xasıyev və Məryəm Hüseynli əvəz edirlər. Şeytan obrazını isə hər iki heyətdə Mehdiyev Elmir canlandırır. Hər heyətin özünəməxsus oyun tərzi var. Dağlar Rüstəmovla Vəfa Qurbanova sarkastik ovqatda oyun nümayiş etdirirlər. Gənclər Elay Xasıyevlə Məryəm Hüseynli isə lirik psixoloji komediya ruhunda oynayırlar.
Quruluşçu rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərə quruluşu Yusif Dadaşov verib”.
Leyla Hafizqızı sonda teatr həvəskarlarına müraciət edib:
“Noyabrın 27-dən "Kimdir müqəssir" vodevili əsasında hazırlanmış lirik psixoloji komediya Sizin ixtiyarınızdadır. Gəlin, baxın, əylənin...”
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:05 / 21.11.2022
"Kimdir müqəssir" fərqli rejissor təqdimatında Sumqayıt səhnəsində
Hazırda oxunan: "Kimdir müqəssir" fərqli rejissor təqdimatında Sumqayıt səhnəsində
Hazırda oxunan: "Kimdir müqəssir" fərqli rejissor təqdimatında Sumqayıt səhnəsində
105515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.