Azərbaycan Rusiyadan təzminat istəyə bilər, ancaq...

Hazırda oxunan: Azərbaycan Rusiyadan təzminat istəyə bilər, ancaq...

105318
Hacıbaba Əzimov: “Kompensasiya tələb etməyə tam haqqımız çatır”x9d

Fəzail Ağamalı: “Bu məsələdə çox ehtiyatlı olmalıyıq”x9d 

Baltikyanı ölkələr Rusiyadan kompensasiya tələb edəcək. Buna səbəb sovet işğalının onlara vurduğu ziyandır. Estoniya 49, Latviya isə 100 milyard dollar dəyərində SSRİ-nin hüquqi varisi olan şimal qonşumuzdan təzminat istəyəcək. 

Latviyanın Ədliyyə Nazirliyi bu məqsədlə artıq bir günlük beynəlxalq konfrans da keçirib. Konfransın yekunu olaraq baltikyanı respublikalar Sovet İttifaqının tərkibində olduqları müddətdə dəyən ziyanın hesablanması və itirilənlərə görə təzminat ödənilməsi ilə bağlı birgə bəyannamə imzalayıb.

Sovet işğalının Azərbaycan Respublikasına vurduğu maddi və mənəvi ziyan da böyükdür. Baltikyanı ölkələrdən 20 il öncə SSRİ tərəfindən işğala məruz qalan, milli dövləti süquta uğradılan, 1937-38-ci ilin ağır repressiyalarını yaşayan, torpaqlarının bir hissəsini məhz bu imperiyanın düşmənçilik siyasəti nəticəsində itirən Azərbaycanın da Rusiyadan kompensasiya tələb edib-etməyəcəyi maraq doğurur. Azərbaycan bu addıma gedəcəkmi?



Tarixçi professor Hacıbaba Əzimov Azərbaycanın Rusiyadan təzminat tələb edəcəyinə inanmır: “Azərbaycanda hazırda Rusiyanın ”x9dbeşinci klon"u hökmranlıq edir. Rövnəq Abdullayev günlər öncə dedi ki, Rusiyada kilsələrə pulsuz qaz veririk. Rəhbərlikdə olan şəxslərin çoxu Rusiyaya meyllidir. Bu siyasəti həyata keçirən bir rəhbərlik təzminat tələb edərmi? Ermənilərin nə gücü var idi ki, torpaqlarımızı işğal etdi. Bütün bunları edən Rusiya idi. İndi də torpaqlarımızı azad etməyə imkan vermir. İqtidarda Rusiyadan nəsə tələb edəcək şəxs yoxdur. Kompensasiya tələb etməyə tam haqqımız çatır. Təkcə buna görə yox. Dağlıq Qarabağa görə də 80 milyard dəyərində təzminat tələb edə bilərik. Hakimiyyət bu haqqından istifadə etmək niyyətində deyil. Baltikyanı ölkələrin təzminat alıb-almayacaqlarını indidən demək tezdir. Çünki beynəlxalq məhkəmə olmalıdır. Bundan sonra hər şey məlum olacaq. Məhkəmə qərar verə bilər. Rusiya çalışır ki, Baltikyanı ölkələrin müstəqilliyini qanunsuz elan etsin. Bu barədə hətta beynəlxalq məhkəmə açır. SSRİ-nin bərpa olunmasını istəyirlər. Putin SSRİ-nin dağılmasını faciə hesab edir".


İqtidaryönlü deputat Fəzail Ağamalı indiki vəziyyətdə Rusiyadan kompensasiya tələb etməyimizi doğru hesab etmir: “Bir sual bizi maraqlandırır. 10-15 il öncə bu ölkələr təzminat tələb edə bilməzdilər? İndi bu tələb  Qərbin yönəlmiş olduğu sanksiyaların içərisində yer almırmı? Sifariş deyilmi? Baltikyani ölkələr məhz indi bu tələbi irəli sürür və Rusiyanı başqa müstəvidə çəkişmələrə vadar edir. Doğrudur, həmin ölkələrin təzminat tələb etməyə haqları var. Çünki SSRİ-nin onlara vurduğu ziyan danılmazdır. Baltikyani ölkələrdən fərqli olaraq, sovetin bizə vurduğu ziyan astronomik rəqəmlə ölçülə bilər. Təkcə dövlət müstəqilliyimizə son qoyulmasından sonrakı illərdə repressiyaları yada salaq. 1948-53-cü illərdə xalqımızın deportasiya olunması, 20 Yanvar faciəsi, 1988-ci ildən başlayan erməni separatizmi və bunun ağır nəticələri kifayət qədər ciddi faktlardır. Maddi cəhətdən təzminat tələb edilməsi ciddi rəqəmə gətirib çıxara bilər. Baltikyanı ölkələrdən fərqli olaraq, SSRİ Azərbaycanın milli sərvətini də talayıb. Bunun müqabilində ölkəmizə kiçik pay verib.

Azərbaycan o zamanlar digər ölkələrdən hər cəhətdən fərqlənirdi. Ölkəmizə qarşı aşağılayıcı mövqe var idi. Bütün bunları düşünsək, Rusiya Azərbaycana 500 milyard, bəlkə də trilyonlarla təzminat ödəməlidir. Amma indiki zaman kəsimində bu kampaniyaya qoşulmağımızın effekti ola bilməz. Əksinə, bu, Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsinə gətirə bilər. Zamanı gələndə məsələni qabartmaq olar. Bu məsələdə çox ehtiyatlı olmalıyıq”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin