Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin daxili işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması məqsədilə Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 15-17 noyabr tarixlərində bu ölkədə səfərdə olub.
Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur.
Həmçinin bildirilib ki, sənəd hər iki dövlətin milli qanunvericiliyinə əsasən keçirilən müvafiq prosedurların tamamlanmasından sonra qüvvəyə minəcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:09 / 18.11.2022
Azərbaycanla BƏƏ-də sürücülük vəsiqələri qarşılıqlı TANINACAQ – DİN-dən anlaşma memorandumu
Hazırda oxunan: Azərbaycanla BƏƏ-də sürücülük vəsiqələri qarşılıqlı TANINACAQ – DİN-dən anlaşma memorandumu
Hazırda oxunan: Azərbaycanla BƏƏ-də sürücülük vəsiqələri qarşılıqlı TANINACAQ – DİN-dən anlaşma memorandumu
105137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.