Fransalı POLİTOLOQLAR: “Qətnamənin mətni erməni ekstremistləri tərəfindən yazılıb” - EKSKLÜZİV

Hazırda oxunan: Fransalı POLİTOLOQLAR: “Qətnamənin mətni erməni ekstremistləri tərəfindən yazılıb” - EKSKLÜZİV

105062

Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnaməsi fransız politoloqlar tərəfindən də pislənib. 

Bizim.Media xəbər verir ki, noyabrın 15-də Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. Qərar Fransız hökumətinin rəsmi mövqeyini nümayiş etdirmir. Lakin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin prezident Makronun sənədi təsdiqləməyəcəyi də istisna edilmir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan fransalı tarixçi, politoloq Maksim Qoən bildirib ki, Senatın qəbul etdiyi qərar tamamən Fransanın daxili məsələləri ilə bağlıdır və aydınlar tərəfindən olduqca pislənilir:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanla bağlı qəbul edilən qətnamə Fransa Hökumətinin mövqeyi deyil” – Fransalı rəsmi nümayəndə  


“Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu, məclis tərəfindən ortaya atılmış səs vermə deyil. Səsvermə prosesi xalq tərəfindən seçilməyən Senat tərəfindən edilib. Ona görə də, əslində heç nəyi təmsil etmir. Prezident Makronun dəstəyi bu məclisdə əslində 30%-dən azdır. Məhz səsvermə demək olar ki, tamamilə daxili siyasətlə bağlıdır. Opponentlər bundan cənab Makrona qarşı çıxmaq üçün istifadə edirlər. Onların çoxu hətta erməniləri heç sevmir. Cənubi Qafqazla heç maraqlanmırlar. Ermənistanın harada olduğunu bilmirlər və bilmək də istəmirlər. Bəlkə də erməniləri yaxşı xalçaçı və aşpaz kimi sevirlər, amma onlara heyrandırlar kimi qələmə ala biləcəyimiz hər hansı bir sevgi yoxdur. Bu, tamamilə onların cənab Makrona qarşı intiqam hisləri ilə bağlıdır. Bunun praktiki təsiri sıfır olacaq və Azərbaycana heç bir sanksiya tətbiq edilməyəcək”, - deyə M.Qoən əlavə edib.

Sanksiyalarla bağlı müddəaların yer aldığı qətnamə iş adamlarında da narahatlıq yaradıb. Artıq bir neçə ildir Bakıda biznes fəaliyyəti ilə məşğul olan fransız iş adamı Martin Ryan qərardan olduqca narazıdır.

Çünki Azərbaycana qarşı hansısa sanksiya cavab tədbirləri ilə nəticələnəcək və onun kimi onlarla fransız iş adamının fəaliyyəti Bakıda da dondurulacaq: 

“Artıq 3 ildir ki, Azərbaycanda yaşayıram. Azərbaycanın öz vətəndaşı olduğum ölkəmlə yaxşı münasibətinin olması mənim üçün çox önəmlidir. Bildiyiniz kimi, Fransa Senatı Azərbaycanla bağlı yeni qətnaməyə səs verib. Fikrimcə, bu sürpriz deyil, çünki 2020-ci ilin sonunda oxşar təxribat olub. Bildiyiniz kimi, bu qətnaməni qəbul edən siyasi partiya Fransa Senatında çoxluq təşkil edir. Və tamamilə erməni diasporunun nəzarəti altındadır. Bir fransız vətəndaşı kimi mətni oxuyanda anlayırsan ki, mətnin özü tamamilə erməni ekstremistləri tərəfindən yazılıb”, - deyə M.Ryan qeyd edib.

Fransada erməni diasporunun gücündən danışan iş adamı əlavə edib ki, dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və dəstəklədiyi bir dönəmdə Senatın belə qərar qəbul etməsi sadəcə gülüncdür: 

“Ona görə də, biz bir daha etiraf etməliyik ki, beynəlxalq hüquqda olduğu kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə tanınır. Bu, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yüksək səviyyədə aparılmasına tam əks-məhsuldar təşəbbüsdür. Və təbii ki, bu, bir daha fransız imicinə və regionda, xüsusən də vasitəçi olmaq etibarına mənfi təsir edir. Xoşbəxtlikdən, bildiyiniz kimi, bu qətnamənin Fransa hökuməti tərəfindən təsdiqi olmadan heç bir təsiri yoxdur. Buna baxmayaraq, bunu heç olmasa sözlə qınamaq bizim üçün çox arzuolunan olardı”, - deyə Ryan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin