Fransa Azərbaycan üçün heç də həmişə yaxşı tərəfdaş olmayıb. Bəlkə də elə buna görədir ki, ölkəmizin xarici ticarət dövriyyəsində Fransa heç ilk 20-likdə yoxdur. Amma iqtisadi əlaqələr hər zaman olub və bu gün də davam etməkdədir. Məsələn, 2020-ci ildə Azərbaycandan Fransaya 110 milyon 662 min, 2021-ci ildə 62 milyon 204 min, bu ilin 9 ayında isə, 48 milyon 691 min dollarlıq məhsul ixrac olunub.
Əvəzində 2020-ci ildə Fransadan 448 milyon 192 min, 2021-ci ildə 180 milyon 868 min, bu ilin 9 ayında isə, 170 milyon 182 min dollarlıq məhsul almışıq. Göründüyü kimi, Azərbaycanın məhsul ixracında Fransanın payı çox cüzidir. Lakin idxalda Fransa müəyyən çəkiyə sahibdir. Bu da onu sübut edir ki, münasibətlərin korlanmasında daha çox ziyan görən tərəf Fransadır.
Maraqlı məqam odur ki, son iki ildə iqtisadi əlaqələrdə enmə müşahidə olunur. Bu da Fransa hökümətinin ölkəmizə qarşı qərəzli və ikiüzlü siyasətidir. Baxmayaraq ki, münasibətlərin korlanmasında daha çox itirən Fransa iqtisadiyyatıdır.
Fransa şirkətləri ən çox neft-qaz sektorundadır…
Hələ ötən əsrin 90-cı illərinin ortasından başlayaraq Azərbaycanın neft-qaz layihələrinə Fransanın Total, Elf Atiken, GDF Suez şirkətləri qoşulub. Onlar həm kəşfiyyatda, həm də hasilat layihələrinin iştirakçıları olub.
Fransanın xidmət şirkətləri həmçinin Azərbaycanın neft-qaz sənayesindən yetərincə qazanc da əldə ediblər. Sonradan Azərbaycanda lövbər salmış ən iri enerji şirkəti Total oldu. Bu şirkət artıq 26 ildir ki, Azərbaycandadır.
Təkcə bir faktı deyək ki, Fransanın 1 nömrəli neft-qaz şirkəti Şahdənizdən sonra Azərbaycanın ən böyük qaz yatağı olan “Abşeron” həm artan daxili tələbatın ödənilməsində, həm də xarici bazarlara Azərbaycanın çıxartmaq istədiyi əlavə qaz həcmlərinin əsasını təşkil edən resursdur.
Ümumilikdə aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” (bu şirkət daha çox İsveçrəyə bağlıdır) və digər məşhur brendlərin də yer aldığı çoxsaylı Fransız şirkətləri ölkəmizdə pul qazanır.
50-ə yaxın Fransa şirkəti Azərbaycanda pul qazanır…
Bu gün fransız şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edirlər. "Suez”, "Total”, "Thales” kimi şirkətlər respublikamızda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrin mühüm tərəfdaşlarıdır. Bu layihələrin dəyəri təqribən 2 milyard avrodan çoxdur. Ümumilikdə respublikamızda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində də iştirak ediblər.
Fransa şirkətlərinin Yelisey Sarayına güclü təsir potensialı var…
Nəzərə alaq ki, “Total” başda olmaqla, bu şirkətlərin bir çoxunun Fransanın xarici siyasətinə birbaşa təsir etmək imkanı var. Ona görə də Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən faydalanmalıdır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 18.11.2022
Azərbaycandakı Fransa şirkətləri Makronu aciz duruma sala bilər - ARAŞDIRMA
Hazırda oxunan: Azərbaycandakı Fransa şirkətləri Makronu aciz duruma sala bilər - ARAŞDIRMA
Hazırda oxunan: Azərbaycandakı Fransa şirkətləri Makronu aciz duruma sala bilər - ARAŞDIRMA
104948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.