“Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir” – ABŞ Dövlət Departamenti 

Hazırda oxunan: “Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir” – ABŞ Dövlət Departamenti 

104775

“Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışır”. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Birləşmiş Ştatlar Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib. 

Filip Riker bildirib ki, ATƏT-in Minsk qrupu konsensus yolu ilə bu mandata son qoya biləcəkləri həddə çatıb: 

“Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Hərçənd ki Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin