YUNESKO Mehriban Əliyevaya fəaliyyəti üçün təşəkkür etdi - EKSKLÜZİV

Hazırda oxunan: YUNESKO Mehriban Əliyevaya fəaliyyəti üçün təşəkkür etdi - EKSKLÜZİV

104702

Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun Baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.
Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyevadan YUNESKO-ya səfir fəaliyyətinə xitam üçün MƏKTUB 


Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna UNESCO-dan cavab olaraq bildirilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fəaliyyəti dövründə qurumla fəal əməkdaşlıq edib və onlarla layihəyə dəstək verib:

“Bəli, biz təsdiq edirik ki, xanım Əliyeva artıq YUNESKO-nun xoşməramlı səfiri deyil. O, ölkəsinin vitse-prezidenti olduqdan sonra Azərbaycanla xoşməramlı səfirin 2004-cü ildən mandatı ilə bağlı müzakirələrə başlanılıb. UNESKO ona Təşkilatın xidmətində göstərdiyi səylərə görə təşəkkür edir. Təşkilat bilir ki, Xanım Əliyeva vitse-prezident kimi də, səlahiyyətlərin bütün sahələri üzrə proqramların həyata keçirilməsində UNESCO-ya dəstək verəcək", - deyə qurumdan Bizim.Media-ya bildirilib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin