“Biabırçı anti-Azərbaycan qətnaməsindən sonra Fransa Senatının adı dəyişdirilərək Fransanın erməni diasporunun senatı adlandırılsın”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko “Telegram” kanalında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ
Korotçenko fransız dilində “pulun qoxusu” olmur sözləri ilə lehinə səs verənlərin bu tezisi rəhbər tutduqlarını bildirib:
“Pecunia non olet (pulun qoxusu olmur). Görünür, “lehinə” səs verən senatorların hər biri bu tezisi rəhbər tutub”.
Rusiyalı jurnalist Fransada eks-prezidentlərin ermənilərə işlədiyindən də bəhs edib.
“Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərinə “məsləhətçi” işləyirlər. Məsələn Sarkozinin (Ermənistanın sabiq prezidenti -red.) nümunəsinə baxın. O, prezident kimi Liviyadan rüşvət alıb.
Bəs Makron?”, - deyə Korotçenko qeyd edib.
Bizim.Media