“Avropaya qaz təchizatını iki dəfə artırmaq fikrindəyik” – Dövlət başçısı 

Hazırda oxunan: “Avropaya qaz təchizatını iki dəfə artırmaq fikrindəyik” – Dövlət başçısı 

104508

“2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik”

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında ölkələrimiz çox önəmli rol oynayıblar:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Albaniya prezidentini Azərbaycana dəvət etdi


“Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir”. 

İlham Əliyev sonra vurğulayıb ki, bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb:

“Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin