Mehriban Əliyeva UNESCO-ya yerini bildirdi – Bizim öz TƏRZİMİZ VAR 

Hazırda oxunan: Mehriban Əliyeva UNESCO-ya yerini bildirdi – Bizim öz TƏRZİMİZ VAR 

104489

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.

Birinci vitse-prezident bu vəzifədən imtinasını konkret faktlarla əsaslandırıb. Lakin, bütün hallarda Mehriban Əliyevanın istefa ərizəsi diplomatik etirazdır.

Özünü dünyanın maddi dəyərlərinin qoruyucusu kimi təqdim edən UNESCO-nun ikili siyasətinə narazılıqdan doğan bu istefa əslində sivilizasiya bir çağırışdır, xəbərdarlıqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyevadan YUNESKO-ya səfir fəaliyyətinə xitam üçün MƏKTUB 


Dünya güclərinə və Beynəlxalq təşkilatlara çox güclü bir mesaj olan bu addım yəqin ki, aparıcı beynəlxalq institutlar tərəfindən diqqətlə öyrəniləcək və bu məsələ ətrafında hələ uzun müddət müzakirələr aparılacaq.

Azərbaycan dünyəvi və tolerant bir ölkədir

Bunu sözdə yox, əməldə sübut edib. Üstəlik, dünyəvi dəyərlərə Azərbaycan dövləti hər zaman sevgi və həssaslıqla yanaşıb. Lakin bu humanist yanaşmanın qarşılığını Azərbaycan dövləti və xalqı heç zaman görməyib.

Ermənistan dövləti beynəlxalq güclərin dəstəyi ilə 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladı. Bu müddətdə ermənilər dövlət səviyyəsində  Qarabağda və ətraf ərazilərdəki tarixi abidələri dağıtdı. Azərbaycan xalqının mənəvi dəyərləri ən vəhşi şəkildə məhv edildi.

Terrorçu dövlətin bütün vəhşiliyi qarşısında nəinki haqdan-ədalətdən danışan superdövlətlər, eləcə də BMT, UNESCO və İSESCO kimi beynəlxlaq təşkilatlar seyrçi qaldı. Üstəlik, Azərbaycanın dövlət qurumlarının, eləcə də QHT-lərin xətti ilə erməni vamdalizmi  və soyqırımı ilə bağlı çağırışlarına sivilizasiya laqeyd münasibət göstərdi.
Bu da onu göstərdi ki, dünyada ikilistandar və ikiliyanaşma var. Və bu cür yanaşmadan ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır.

Mehriban Əliyeva sivilizasiyanın mənəvi dəyərlərinin hamisi kimi

Yada salaq ki, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünyanın bütün mədəniyyət mərkəzlərinə öz dəstəyini və diqqətini əsirgəməyib. İnsanlığa və mənəvi dəyərlərə hörmət gətirən bütün layihələrə Mehriban Əliyeva həvəslə qatılıb. Mehriban Əliyeva şəxsən, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünya mədəni irsinin qorunması və bərpasına mühüm töhfələr verib.

Heydər Əliyev Fondu Luvr Muzeyində, Strasburqun “Notre Dame” kilsəsinin təmir-bərpasına da maliyyə vəsaiti ayırıb. Fond tərəfindən Fransanın Versal sarayında və parkında iki abidənin bərpası işləri həyata keçirilib.

Qərbə həqiqət lazımdırmı?

Avropa xalqlarına və Qərb mədəniyyətinə göstərilən bu əvəzsiz diqqət və qayğının qarşılığını isə ötən 30 ildə Azərbaycan xalqı görmədi. Bu diqqətsizlik azmış kimi 44 günlük müharibədən sonra Avropanın bəzi dövlərtləri və bir sıra beynəlxalq institutlar Azərbaycanı Qarabağda “olan” erməni “tarixi abidələri”ni dağıtmaqda ittiham etdi.

Bu isə artıq hər şeyin sonu, həqiqətin üzünə tüpürmək idi. Aydın oldu ki, Qərb və ordakı UNESCO və İSESCO kimi təşkilatlar daha çox dini təəssübkeşlikdən çıxış edirlər. Onlar üçün mənəvi dəyərlərin qorunması çağırışları ancaq korporativ maraqlara xidmət edir. Bu qurumlar hansısa diasporanın və dövlətlərin pul kisəsindən daha çox asılılıdır.

Dünya Azərbaycan həqiqətlərinə kar və kordur

44 günlük müharibədən sonra Azərbaycan dövlətinin və Azərbaycandakı QHT-lərin xətti ilə dünya ictimaiyyətinə və yuxarıda adlarını çəkdiyimiz qurumlara təqdim edilən erməni vəhşiliyi barədə sübutlar və faktlar çox təəssüf ki, son 2 ildə cavabsız qaldı.
BMT-nin, UNESCO və İSESCO kimi təşkilatların ikili siyasəti məhz Mehriban Əliyevanı istefa ərizəsi yazmağa məcbur etdi. Baxmayaraq ki, bütün varlığı ilə öz xalqına bağlı olan Mehriban Əliyeva sivilizasiyanın qazandıqlarına da hər zaman qayğı ilə yanaşıb.

Avropa mədəniyyətinə verilən əvəzsiz töhfələr

Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir.

Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun maliyyə yardımı ilə Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi bərpa edilib.

1320-1340-cı illərdə salınmış bu şüşələrin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun bəşəri dəyərlərə yanaşması hər zaman bu cür pozitiv və yaradıcı olub. Lakin, Azərbaycan dövləti və xalqı bu təmənnasız yardımın qarşılığını görməyib.
Sivilizasiyanın bir parçası olan Azərbaycan dövləti hər zaman, hər yerdə haqqın və mənəvi dəyərlərin yanında dayanıb. Və əvəzində də sivilizasiyadan Azərbaycan xalqına eyni münasibəti gözləyib və umub. Çünki, dünyanın ən qədim və zəngin maddi və mənəvi nemaətlərinə malik Azərbaycan xalqının dəyərlərinin bir hissəsi Ermənistanda, bir hissəsi isə Qarabağda ermənilər tərəfindən dağıdılıb, məhv edilib.

Azərbaycan Qərbdən nə istəyir?

Bu gün Azərbaycan xalqı Qərbdən və adını çəkdiyimiz beynəlxalq institutlardan Qarabağdakı dağıdılmış abidələrin bərpasını istəmir. Həmin dağıdılmış abidələrin bərpasına Azərbaycan dövlətinin kifayət qədər imkanı var.

Lakin, Azərbaycan xalıqı və onun liderləri Avropadan və ABŞ-dan, eləcə də Beynəlxalq institutlardan Ermənistan dövlətinin vəhşiliyinə rəsmi münasibət bildirilməsini istəyir.
Bunu görməyəndə isə son çıxış həmin qurumlarla əməkdaşlıqdan imtinadır. Necəki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bunu etdi.

Onun UNESCO-nun xoşməramlı səfiri statusundan imtina etməsi son 30 ildə yığılıb, düyünlənmiş narazılığın kulminasiya nöqtəsidir. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan indi bütün güclərlə öz dilində və bərabər səviyyədə danışmaq iqtidarındadır. Mehriban Əliyevanın son addımı da bunun sübutudur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin