Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan ilə Rusiya arasında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə edilib
Məlumata görə, iclasa 30 yanvarda fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən türkiyəli general da qatılıb.
Vəziyyətlə bağlı təqdimatla çıxış edən generala nazir Hulusi Akar müxtəlif tapşırıqlar verib.
Bizim.Media