Xəbər verdiyimiz kimi, noyabrın 13-də İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Yaralıların 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır.
Maraqlıdır, Türkiyəyə qarşı həyata keçirilən bu terrorda məqsəd nə idi? Terror aktının törədilməsi üçün niyə məhz, İstanbul seçilib?
Bizim.Media-ya Türkiyədə baş vermiş hadisəni şərh edən politoloq Cümşüd Nuriyev bildirir ki, terror aktı törədənlər İstanbulu təsadüfən seçməyiblər:
MÖVZU İLƏ BAĞLI:
İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO
“İstiqlal sözünün mənası var, ona görə həmin məkanın seçilməsi də təsadüfi deyil. İstanbul Türkiyənin ürəyidir, bu şəhərin ürəyi isə, məhz, İstiqlal camiəsidir. Həmin əraziyə yaxın məsafədə Rusiya səfirliyi də yerləşir. Rusiya səfərliyi yaxınlığında törədilməsi də Ərdoğanın Moskva üzərinə Qərbin haqsız hücumlarının olması barədə açıqlamasına cavabdır. Fransa kimi dövlətlər bununla Türkiyəyə mesaj verirlər ki, Rusiyanın yanında olmasın”.
Politoloqun fikrincə, terror aktı həmçinin Türkiyənin Azərbaycana daha çox dəstək verməsinə cavab da ola bilər:
“ASALA bu terror aktını öz üzərinə götürüb. Bu terror hadisəsinə bir neçə mesajı verməyi düşünüblər. Hadisənin Türk Dövlətləri Təşkilatının Səmərqənddəki toplantısından sonraya düşməsi də təsadüfi deyil. Bu təşkilatın inkişafında Ərdoğanın əvəzsiz rolu olub. Bu terror aktına Türkiyənin Azərbaycanın yanında olmasını bir daha dilə gətirməsinə əks mesaj kimi də baxmaq olar”.
MÖVZU İLƏ BAĞLI:
İstanbuldakı terroru ASALA üzərinə götürdü - FOTO
C. Nuriyev baş verən olayın 2023-cü ilin prezident seçkilərilə bağlı ola biləcəyini də qeyd edib:
“Türkiyədə bu fonda siyasi durum getdikcə qızışır. Düşmən qüvvələr indidən ona hazırlaşaraq, belə çirkin hərəkətlərlə Ərdoğanın dövləti idarə və xalqın, ölkənin təhlükəsizliyini təmin edə bilmədiyi obrazını formalaşdırmağa çalışırlar. İndi mesaj vermək növbəsi Türkiyənindir. Türkiyə də lazımi mesaj verərək bir neçə günə bütün terror şəbəkəsini darmadağın edəcək. Çünki Türkiyə kəşfiyyatı çox peşəkardır. Ankara Azərbaycanı daha çox dəstəkləyəcək. Ankara İrəvana təzyiqləri də artıracaq”.
Rüfət Sultan, Bizim.Media