Fevralın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqarşak Arutyunyanla telefon danışığı olub.
Bizim.Media erməni KİV-lərinə istinadla xəbər verir ki, nazirlər ötən həftə keçirilən Ermənistan-Rusiya hərbi əməkdaşlığına dair ikitərəfli qərargah danışıqlarının nəticələrini, müharibədən sonrakı dövrdə Ermənistanın təhlükəsizlik məsələlərinin həllini müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
''Qarabağda 32 şəhərcik qurulacaq'' - Şoyqu planlardan danışdı
V.Arutyunyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Bunun effektivliyinin ən yaxşı sübutu kimi dekabr və yanvar aylarında ciddi hadisələrin qeydə alınmadığını, atəşkəs rejiminə demək olar ki, əməl edildiyini göstərib.
Bizim.Media