İmişlidə seçki biabırcılığı - İltizam Əkbərli danışır

Hazırda oxunan: İmişlidə seçki biabırcılığı - İltizam Əkbərli danışır

104097
"79 saylı dairədəki seçkilər ciddi qanun pozuntuları ilə başa çatdı; iqtidar namizədinin qalib gəlməsi üçün ağlagəlməz üsullardan istifadə edildi".


Bunu Moderator.az-a açıqlamasında 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərli bildirib.

Onun sözlərinə görə, ən çox diqqət çəkən məqam başqa rayonlardan gətirilən 50-60 nəfərlik dəstənin fəəaliyyəti olub: "Müşahidəçilərin bütün səylərinə baxmayaraq, bu insanların rayon mərkəzində yerləşən məntəqələrin demək olar ki, əksəriyyətində qeyri- qanuni səs verməsinə mane olmaq mümkün olmadı. Rayonda qeydiyyatda olmayan adamların səsvermədə iştirak etməsi praktikası əvvəllər heç vaxt tətbiq edilməmişdi.
Digər diqqət çəkən məqam məntəqələrdəki əlavə siyahılar idi. Eyni adamlar ayrı-ayrı məntəqələrdə əlavə siyahıya salınır və onların səsverməsi təşkil edilirdi. Bu say hər məntəqə üzrə 50-65 civarında idi.
Bu seçkidə insanlarınxa0 maşınla daşınması praktikasından da maksimum istifadə edildi. Hər məntəqəyə təhkim edilmiş 10-15 maşınla əsasən qadınların daşınması və ağır vəziyyətdə yaşayan bu insanların kiçik haqq müqabilində (5 manat) səs verməyə məcbur edilməsi iqtidar nümayəndəsinin “şəksiz”x9d qələbəsinə hədəflənmişdi. Bu işə bütün idarə müdirləri, İH-nin yerli nümayəndələri və bələdiyyələr cəlb edilmişdi".

Deputatlığa namizəd qeyd edib ki, bütün bunlarla yanaşı iqtidar nümayəndəsinin “tam ”x9d qələbəsini təmin edən əsas iş ayrı-ayrı adamlar tərəfindən bülletenlərin kütləvi şəkildə seçki qutularına doldurulması imiş:xa0xa0xa0 "29 saylı seçki məntəqəsində bir nəfər qutuya 10 bülleten atarkən yaxalanıbdır. 14 saylı məntəqədə isə müşahidəçilər bir nəfərin qutuya 21 ədəd bülleten atmasına mane ola biliblər. Hər bülletendə iqtidar namizədi Ə.Qasımovun adı işarələnib. Diqqət çəkən məqam bu bir nəfərin 79 saylı DSK-nın sədri S.Yaqubovun oğlunun olmasıdır. DSK sədrinin 14 saylı seçki komissiyasının üzvü olan oğlu Nihad Yaqubov heç kimdən çəkinmədən, açıq-aşkar 21 ədəd bülleteni qutuya atarkən yaxalanıbdır. Bu bülletenləri ona verən isə İmişli rayonxa0 İH-nin başçısının birinci müavini S.Ağayevin həyat yoldaşının bacısı, məntəqənin sədri Nərminə Quliyeva olubdur. Təkcə bu fakt namizəd Ə.Qasımovun seçkini saxtalaşdırmaq üçün həm İH-nin, həm də dairə seçki komissiyasının rəhbərləri ilə iş birliyində olduğunu təsdiq edir. Bülletenlərin kütləvi şəkildə qutulara doldurulması bütün məntəqələrdə olub. Buna mane olmağa çalışan müşahidəçilərlə kobud rəftar edilib, hətta 27 saylı məntəqədə müşahidəçi məntəqədən çıxarılıbdır. 25 saylı məntəqədə 12 ədəd bülletenin qutuya salınmasına mənim mane olmaq cəhdim isə məntəqə sədri Fazil Tarıverdiyevin, onun səsvermə otağında olan oğlunun mənə qarşı fiziki təzyiqləri ilə müşahidə olundu. Məndən alınan bülletenləri nümayişkəranə şəkildə qutuya atan məntəqə sədri F.Tarıverdiyev hətta məntəqə üzvlərinin, seçicilərin və orada olan polislərin gözü qarşısında “Bil ki, sənə bu məntəqədə səs almağa imkan verməyəcəyəm”x9d deməkdən belə çəkinmədi. Göründüyü kimi, 79 saylı dairənin ərazisində ciddi qanun pozuntularına yol verilib. Həmin faktlar üzrəxa0xa0xa0 xa0xeyli akt və video çəkilişlər var. Bu materiallar MSK-ya təqdim ediləcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin