“Qırmızı xətti keçməyin…” - Politoloqdan Kreml sözçüsünə SƏRT CAVAB

Hazırda oxunan: “Qırmızı xətti keçməyin…” - Politoloqdan Kreml sözçüsünə SƏRT CAVAB

103973

Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin üzvü, Rusiya EA-nın Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun direktoru, ekspert Fyodor Voytolovski erməni mediasına müsahibəsində Kremlin “kartlarını” açaraq deyib ki, “DQR”-in statusu danışıqlar və Dağlıq Qarabağ ərazisində keçiriləcək referendum yolu ilə həll edilməlidir. 

Ekspert həmçinin, ABŞ-ın bu məsələdə mövqeyinin birmənalı olduğunu - onların Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıdığını bəyan edib.

Bizim.Media-ya açıqlamasında rusiyalı ekspertin səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Tofiq Abbasov ermənipərəst mövqedən çıxış edənlərə qırmızı xətti keçməyə cəhd göstərməməyi tövsiyyə edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngəzur dəhlizinə sülhməramlılar nəzarət edə bilməz” – Politoloq 


“Azərbaycan dövlət başçısı dəfələrlə deyib ki, heç bir status məsələsi gündəmə gəlməyəcək. Status məsələsini müharibəyə qədər təklif etmişdik. Ermənistan isə sülh danışıqlarından qaçırdı. Bundan sonra Azərbaycan İrəvanın heç bir xahişini qəbul etməyəcək. 

Hətta Rusiya dairələrinin timsalında onlar çox dərinə getsə, regionda vəziyyət yenidən gərginləşə bilər.

Çünki artıq Türkiyə Azərbaycanla müttəfiqlik sazişini imzalayıb. Lazım olarsa, bütün imkanlardan istifadə edəcəyik ki, bütün ərazini təmizləyək. Nə sanksiyalar, nə referendumlar bizi qorxuda bilməz. 

Referendum məsələsi ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə uyğun deyil. Onların subyekti də yoxdur ki, orada referendum keçirsinlər?

Bura nə Dnestryanı, nə Zaporojye, nə də Krım deyil. Bura Azərbaycan torpağıdır. Odur ki, qırmızı xətti keçməyə cəhd etməsinlər. Çünki heç nəyə nail olmayacaqlar. İstər Fransa ölkəmizə sanksiya tətbiq etsin, istərsə də Kremlin sözçüsü referendum vədi versin. Bu məsələ ölkəmizin planları ilə uyğunlaşan məsələ deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin