Ərdoğandan Naxçıvan Sazişi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Ərdoğandan Naxçıvan Sazişi ilə bağlı AÇIQLAMA 

103963

“Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünü uğurla tamamladıq”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfəri sonrası jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri bildirib ki, görüşlərdə türk dünyası ilə bağlı aktual məsələlər ətraflı müzakirə edilib, qarşıdakı dövrdə əməkdaşlıq ediləcək sahələr müəyyənləşdirilib: 

“Keçən İstanbuldakı tarixi Zirvə görüşündə türk dünyası vizyon sənədini qəbul etmişdik. Həmin sənədlə gələcək 20 ilə dair hədəflərimizi ortaya qoymuşduq. Bu dəfə də ilk 5 ildə icra ediləcək işlərlə bağlı strateji sənədimizi qəbul etdik. Ticarətdən iqtisadiyyata, mədəni məsələlərdən ekoloji problemlərə qədər geniş diapozonda əməkdaşlıq edəcəyimiz bir sıra müqavilələrə imza atdıq. Türk Şurasının təşkilata çevrilməsi ilə Naxçıvan sazişində ortaya çıxan dəyişikliklərlə bağlı Protokolu qəbul etdik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin