Özbəkistan və Azərbaycan prezidentləri – Şavkat Mirziyoyev və İlham Əliyev arasında görüş Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan rəhbərinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, iki ölkə liderləri avtomobil sənayesi, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini sürətləndirmək əzmindədirlər.
Bizim.Media