"Radioya müdaxilələr olur. Xüsusilə cənub zonasında İran radiotezlikərə müdaxilə edir".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Məzahir Əfəndiyev bildirib.
Onun sözlərinə görə, bu, dinləyicilərdə çaşqınlıq yaradır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda radiotezliklər bu halda ləğv ediləcək - DƏYİŞİKLİK
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə bildirib ki, bunun səbəbi radioproqramlarla bağlıdır:
“Radioproqramların sayı nə qədər çox olarsa, müdaxilələr azalar”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Heydər Rüstəmov isə bildirib ki, radiotezliklərə müdaxilə qəbulolunmazdır:
“Heç bir ölkə digər ölkə ərazisindəki yayıma müdaxilə edə bilməz. Biz bunu xüsusilə cənub zonasında hiss edirik. Düzdür, bəzən belə hallar iqlim ilə bağlı olur. Məsələn, Gürcüstanda bizim, bizim isə Gürcüstanla sərhəddə tezliklərin qarışması olur. Rusiya ilə isə belə hallar demək olar ki, olmur”.
Bizim.Media