İran Azərbaycandakı əməliyyatçılarına 3 ayda nə qədər pul köçürüb? – SİYAHI

Hazırda oxunan: İran Azərbaycandakı əməliyyatçılarına 3 ayda nə qədər pul köçürüb? – SİYAHI

103460

İran hökuməti 3 ayda Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb.

Bizim.Media teleqram kanallarına istinadən xəbər verir ki, İranın "Black Rewards" haker qrupu İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İranın Azərbaycanda fəaliyyət göstərən əməliyyatçılarının hesablarına baş tutan pul köçürmələrinə dair daxili sənədini yayıb.

Bu, sözügedən qurumun rəsmi blankları ilə İran xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Məhəmməd Fəthəliyə ünvanlanmış məktublardır.

Məktublarda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən əməliyyatçılarının bank hesablarına yüz minlərlə avro məbləgin köçürülməsi xahiş olunur.

Xüsusilə, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro vəsait köçürülüb. Habelə 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb. Eləcə də, həmin tarixdə Moskvaya 40.000 avronun köçürüldüyü qeyd olunur. Pul köçürmələri İran Milli Bankı tərəfindən həyata keçirilib. 
Bu vəsaitlərin ayrılma və xərclənmə istiqamətləri barədə növbəti araşdırmamızda oxuya bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin