“Odla oynamaq ermənilərə baha başa gələcək” – Dövlət başçısı 

Hazırda oxunan: “Odla oynamaq ermənilərə baha başa gələcək” – Dövlət başçısı 

103336

“İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşa şəhərində Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

Dövlət başçısı 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən Ermənistanın dərs çıxarmalı olduğunu xatırladıb:

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edir - CANLI YAYIM


“Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi.

Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin