Bayramov-Mirzoyan görüşü hansı nəticələr verdi? – Ekspert DETALLARI AÇIQLADI

Hazırda oxunan: Bayramov-Mirzoyan görüşü hansı nəticələr verdi? – Ekspert DETALLARI AÇIQLADI

103328

ABŞ dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda ötən gün görüş olub. 
Görüşün detalları barədə müfəssəl informasiya verilməsə də, proses onu göstərir ki, Vaşinqton görüşü Rusiyanın Soçi şəhərində oktyabrın 31-də baş tutan görüşə cavabdır.

Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Amid Əliyevin fikrincə, Vaşinqtonun tərəflər arasında təşkil etdiyi son görüş Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına hesablanmış bir görüş olub:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu sahədə razılığa gəldi - FOTO


“Qərb çalışır ki, Rusiyanı prosesdən sıxışdırıb çıxarsın. Son dövrlər cərəyan edın proseslər göstərir ki, sözügedən məsələdə ABŞ-la Avropa Birliyinin moderatorluğu özünü daha çox büruzə verir. Bunu Praqa görüşü fonunda daha aydın gördük.

Burada müəyyən razılıqlar əldə edildi. Birmənalı şəkildə görünür ki, Qərbin təklif etdiyi paket daha inandırıcı və aydındır.

Qərbi narahat edən bir məqam isə Zəngəzur dəhlizinin açılması fonunda onun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin təmin etməsidir. Ən azından ilin sonunadək sülh sazişinin mətni tərəflərə təqdim olunmalı və bu istiqamətdə müzakirələr keçirilməlidir”.
A.Əliyev həmçinin qeyd edib ki, Vaşinqton görüşünün də əsas məqsədi Moskvanın bacarmadığını onların bacardıqlarını dünyaya, eləcə də Rusiyanın özünə göstərməkdir: 

“Bu məsələdə Qərb həm Azərbaycan, həm də Ermənistana dəstək olmağa hazırdır. Sadəcə, Zəngəzur dəhlizinə kimin nəzarət etməsi məsələsi qalır. Burada isə əsas güc İrəvanın üzərinə düşür. Qərb də istəyir ki, İrəvan bu məsələdə Rusiyaya qarşı mövqe ortaya qoysun”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin