“Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.
Türkiyəli nazir bildirib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət, iki dövlət olduğumuzu unutmamalıdır.
Nazirin sözlərinə görə, Türkiyə can qardaşlarının haqlı mübarizəsində hər zaman yanında olub və olmağa davam edəcək.
“Çox şükür ki, 44 gün davam edən müharibədən sonra Azərbaycan torpaqları azad edildi. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq. Azərbaycan əsgəri torpaqlarını azad edə biləcək gücə sahib olduğunu, türkün gücünü dünyaya göstərdi”, - deyə Akar bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:43 / 07.11.2022
“Bəxtiyar Vahabzadənin dediyi kimi, biz bir ananın iki övladıyıq” – Hulusi Akar
Hazırda oxunan: “Bəxtiyar Vahabzadənin dediyi kimi, biz bir ananın iki övladıyıq” – Hulusi Akar
Hazırda oxunan: “Bəxtiyar Vahabzadənin dediyi kimi, biz bir ananın iki övladıyıq” – Hulusi Akar
103248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.