"Musavat bunun ağır nəticələrini yaşamalı olacaq"

Hazırda oxunan: "Musavat bunun ağır nəticələrini yaşamalı olacaq"

103209
Müsavat Partiyasının parlament seçkilərindən çəkilməsi və boykot taktikası seçməsi  istər siyasi, istər hüquqi, istərsə də bu qərarın təsir gücünə malik olması baxımından yanlış bir qərar idi.

Bunu Moderator.az -a açıqlamasında Müsavat partiyasının üzvü, Milli Məclisə deputatalığa namizəd Tural Abbaslı deyib.

Onun sözlərinə görə, bu səhv və yanlış qərar vaxtında verilsəydi, bəlkə o zaman hansısa təsir gücünə malik olardı və anlaşılan olardı. “Seçki marafonunun finiş xəttinə yaxınlaşdığımız bir vaxtda verilən bu yanlış qərardan ancaq və ancaq Müsavat  ziyanla çıxacaq və bunun ağır nəticələrini yaşamalı olacaq”x9d, - deyə Abbaslı əlavə etdi.

O hesab edir ki, seçki marafonunda təbliğat-təşviqat kampaniyasının başa çatmasına və səsəverməyə 3 gün qalmış belə bir qərar verməyə heç bir əsas yox idi: “Bir daha təkrar edirəm ki, qərar yanlış olduğu kimi yanlış bir vaxtda da verilib. Belə bir qərarın verilməsi üçün heş bir əsas yox idi.
Axı Müsavt partiyasə seçkiyə qatılmaq barəsində verdiyi qəaradan keçən bir ay müddətində ölkədə hansı ciddi hadisə baş verdi ki?..  Sadəcə bu siaysi uzaqgörənliliyin olmamasının nəticəsində,  stabil olamayan siyasətin, strateji hədəfləri görə bilməyən partiya rəhbərliyinin verdiyi çox yanlış qərar idi. Bu sadəcə bir günlük siyasi gündəmdə qalmağa və sonrdan partiya daxilindəki bəzi mübahisələrə son vermək üçün verilən taktiki baxımdan verilən qərar idi. Çünki boykotun effekti yoxdur. Biz bunun dəfələrlə şahidi olmuşuq.”x9d
Abbaslı bildirdi ki, partiyanın seçkidən geri çəkilməklə bağlı  səsləndirdiyi arqumentlərin   indiki məqmada heç bir əsası yoxdur: “Əgər partiya rəhbərliyi uzaqgörən siyasəti olsaydı, belə bir əqrarı əvvəlcədən verərdi. Daha seçki marafonun başa çatmasına bir neçə gün qalmış yox. Bu gün partiyanın 25 namizədi artıq təbliğat-təşviqat kampaniyasını yekunlaşdırırlar. Seçicilərlə yanaşı xeyli sayda görüş keçiriblər. Seçicilərə vədlər veriblər. Hər bir namizəd özünə görə kifayət qədər maliyyə vəsaiti xərcləyib. Bu qərarla  həmən namziədlər  seçiciyə verdiyi vədə xilaf çıxdığı üçün  pis vəziyyətə düşmüş olur. Bu həm də partiyanın nüfuzuna ciddi xələl gətirir və gətirəcək də... Bu qərar eyni zamanda siyasi opponentlərə, istər hakimiyyətdəki, istərsə də müxalifətdəki rəqiblərinə partiyanı tənqid atəşinə tutmaq üçün rəvac verdi.”x9d
Abbaslının fikrincə, Azərbaycan müxalifəti məhz belə səvh  siaysi tajtiki gedişlərin nəticəsidir ki, uğur əldə edə bilmir: “Müsavtın bu yanlış qərarı həm partiyanın, həm də müxalifətin olan qalan  imicinə  ciddi zərbə vurmaqla yanaşı, sosial bazasının da itirilməsinə səbəb olacaq.”x9d
Abbaslı sonda onu da əlavə etdi ki, o namizədliyini geri götürməyəcək və sonadək mübarizə aparacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin