79 saylı İmişli Seçki Dairsəindən deputatlığa namizəd, KXCP “Demokratik Birlik”x9d fraksiyasının İdarə Heyətinin üzvü İsmayıl Yusifov bəyanat verərək, namizədliyini geri götürdüyünü bəyan etmişdir. Moderator.az-ın məlumatına görə, bəyanatda deyilir:
“Bütün səviyyələrdə çağırışlara rəğmən siyasi məhbusların azad edilməməsi, demokratik seçki mühitinin olmaması, seçki komissiyalarının hakimiyyətin nəzarətində olması,xa0 yerli İcra Hakimiyyəti orqanlarının hakimiyyətin xeyrinə seçki prosesinə müdaxilə etməsi, xeyli sayda namizədin ayrı-ayrı üsullarla seçkidən kənarlaşdırılması, pulsuz efir vaxtının verilməməsi, Milli Şuranın seçkilərdə iştirakdan əvvəlcədən imtinası və siyasi qüvvələrin seçkiləri sonradan baykot etməsi bu seçkilərin ədalətli şəkildə keçiriləcəyini öncədən şübhə altına almağa əsas verir”x9d. Həmçinin, İsmayıl Yusifov KXCP-nin namizəd kimi qeydiyyatdan keçmiş üzvlərinə namizədliklərini geri götürməyi tövsiyə edib.
Daha sonra qeyd etmişdir ki, hazırki vəziyyətdə seçkilərdə iştirak etmək hakimiyyətin saxtakarlığına şərik olmaq anlamına gəlir və gəlcəkdə bizi müxalifət partiyası kimi sual altına qoyur. İndiki durumda KXCP seçkilərdə iştirakdan geri çəkilməli və onun nəticələrini tanımayacağını əvvəlcədən bəyan etməlidir.

































































































