"Bizim məqsədimiz regionda sabitliyin təmin olunmasıdır və Türkiyə bunun üçün lazım olan hər şeyi edəcək".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Bütün dünya azad edilmiş ərazilərdəki erməni vəhşiliyinə şahid olmalıdır” – Vitse-prezidentdən ÇAĞIRIŞ
Fuat Oktay bildirib ki, hər kəs - xüsusilə gənclər Qarabağda və bölgənin ən gözəl şəhəri olan Şuşada olmalıdırlar:
"Azərbaycana gəldiyim ilk gündən qonaqpərvərliyini nümayiş etdirən hər kəsə, o cümlədən həmkarım Əli Əsədova minnətdaram".
Bizim.Media