Baş nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb”

Hazırda oxunan: Baş nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb”

102988

"Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşanı ziyarət etmək illər ərzində arzumuz olub” – Əli Əsədov 


Əli Əsədov bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında dünya miqyasında görünməmiş dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəyliyin zirvəsinə çevrilərək ikitərəfli münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb.

“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb",-deyə Baş nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin