“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi vəhşiliklərin şahidi olduq. Füzulidən Şuşaya qədər ərazilər yerlə bir edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşada Azərbaycanın Baş naziri Əli Əsədovla birgə mətbuat konfransında bildirib.
O, azərbaycanlıların qovulduğu ərazilərdə otun belə bitmədiyini və bütün dünyanı buna şahidlik etməsini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
"Ermənistan Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir” - Fuat Oktay
“Azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərindən çox məmnun oldum. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası ilə bağlı Azərbaycanda, Şuşadayıq. Şairlər, yazarlar, musiqiçilər, qəhrəmanlar, alimlər şəhəri Şuşadayıq”,-deyə Türkiyənin Vitse-prezidenti bildirib.
Fuat Oktay bu günlərdə Azərbaycanın Zəfərinin ikinci ildönümünün qeyd olunacağını xatırladıb:
“Azərbaycanda, xüsusən Şuşada tək millət olmağın nə demək olduğunu bir daha hiss etdik”.
Bizim.Media