"Ölkə daxilində iş yerləri və yerli istehsal yaradılacaq" - Prezident

Hazırda oxunan: "Ölkə daxilində iş yerləri və yerli istehsal yaradılacaq" - Prezident

102883

“Ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşdə deyib.

"Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə burada - Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq", - İlham Əliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib – FOTO/VİDEO-YENİLƏNİB 


Ölkə başçısı qeyd edib ki, yaxın gələcəkdə istehsalı genişləndirmək lazım olacaq:

"Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var".

Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin