İsrail hökuməti İŞİD, Nüsrə Cəbhəsi və Abdullah Əzzəm briqadalarını terror təşkilatı elan edib.xa0
Müxtəlif zamanlarda Azərbaycanda xa0bu qruplaşma ilə əlaqəli şəxslərin xa0hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, ölkəmizdə də İŞİD-ə meyil göstərən soydaşlarımızın az olmadığından xəbər verir.xa0
Bəs xa0Azərbaycan Milli Məclisi İŞİD-i nə üçün terror qruplaşması kimi tanımır?
Məsələ ilə bağlı musavat.com-a millət vəkili Fəzail Ağamalı danışıb. O bildirib ki, xa0belə məsələlərdə çox ehtiyatlı davranmalıyıq:
“Hesab edirəm ki, İŞİD kimi terrorçu təşkilata əsas verməli deyilik. Onlar bundan istifadə edə, Azərbaycanda çox böyük problemlər yarada bilərlər. İŞİD-in terrorçu xa0təşkilat olması dünyanın aparıcı dövlətləri xa0tərəfindən etiraf edilib. Bu İŞİD-in fəaliyyətinə son qoyubmu? Xeyr, qoymayıb. Yəni bizim münasibətimizdən, bu qruplaşmanı terrorçu adlandırmağımızdan asılı olmayaraq, o, öz fəaliyyətini davam etdirəcək. xa0Əgər biz xa0Milli Məclisdə İŞİD-i terrorçu təşkilat kimi qəbul etsək və beləliklə , bu qruplaşma öz fəaliyyətinə son qoyarsa, çox böyük məmuniyyətlə xa0bunun tərəfdarlarından biri olardım. Ancaq xa0bizim və dünyanın aparmış olduğu xa0fəaliyyət İŞİD-in fəaliyyətini dayandırmır. Ona görə də mən bu cür məsələnin Azərbaycan Milli Məclisində qoyulmasının tərəfdarı deyiləm”x9d.
Millət vəkili bildirib ki, indiyədək, hər hansı bir terror qruplaşması ilə bağlı Milli Məclisdə bu kimi qərarın xa0qəbul olunmasının şahidi olmayıb:
“Ancaq biz hər dəfə xa0Ermənistanı terrorçu təşkilat kimi xa0qeyd etmişik. Bu isə müvafiq sənədlərdə öz əksini tapıb. İsrailin bu qərarından sonra İŞİD-in fəaliyyətinin necə olacağını da söyləmək çətindir. Çünki bilmək olmur ki, İŞİD-ə kömək edənlər kimdir. xa0Vaxtilə bu qruplaşmanın yaradılmasında xa0rolu olan dövlətlər indi İŞİD-ə qarşı olan koalisiyada birləşiblər. Onlar da gördü ki, İŞİD artıq qoyulan bütün “qırmızı xətt”x9dləri keçdi. xa0Dünyada sözün həqiqi mənasında böyük problemlər yaratmaqdadır. Bu gün artıq məhz bu qruplaşma regionda çox ciddi qarşıdurmalar və dağıntılara səbəb olur. Nəticədə isə hər kəs ilk olaraq özünün təhlükəsizliyini təmin etmək üçün anti-İŞİD koalisiyasına qoşulur və ya digər bu kimi müvafiq addımlar atır. Birmənalı şəkildə demək olar ki, xa0İŞİD artıq beynəlxalq səviyyəli bir təhlükədir. Buna görə də ona qarşı da elə beynəlxalq miqyaslı tədbirlərin aparılmasına ehtiyac var. Bunun üçün bütün ölkələrin imkanları koordinasiya olunmalı və vahid istiqamətdə mübarizə aparılmalıdır. Əgər hər hansı bir dövlət buna terrorçu adı verib, arxa planda isə dəstək olsa İŞİD eyni zamanda həmin dövlət üçün də böyük problem yaradacaq”x9d.






























































































