Bu gün Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı olub.
Bizim.Media-nın məlumatına görə, açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı oldu
Zakir Həsənov, Yunus Əmrə Qaraosmanoğlu və Aleksandr Fomin əvvəlcə Mərkəzin önündəki rəmzi qırmızı lenti kəsiblər.
Sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib. Daha sonra qonaqlar Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Bizim.Media