Rusiya sülhməramlıları ərazilərin minalardan təmizləyir, əsirlərin və həlak olan şəxslərin meyitlərinin mübadiləsi istiqamətində böyük iş görür, həmçinin qaçqınların daimi yaşayış yerlərinə qayıtmasına yardımçı olurlar.
Bizim.Media-nın məlumatına görə, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bu gün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı oldu - VİDEO
Generalın sözlərinə görə, Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Birgə Mərkəzin yaradılmasına dair qarşılıqlı sıx əməkdaşlıq yaradılıb:
''Əslində, bu, bizim sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir. Bizim Türkiyə hərbçiləri ilə əməkdaşlığımızın Suriyada çox gözəl nümunəsi var.
Mən rusiyalı və türkiyəli hərbçilərə üzümü tutaraq bildirmək istəyirəm ki, burada sülhün nə qədər tez və dayanıqlı olması sizin fəaliyyətinizdən asılıdır''.
Bizim.Media