Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 3-də Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının üçüncü iclası keçiriləcək.
İclasda Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan, Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək.
Qeyd edək ki, bundan əvvəlki görüş sentyabrın 30-da Moskvada baş tutub. Həmin görüşdə tərəflər təşkilati və prosedur məsələləri, eləcə də gələcək işlərin əsasnaməsini müzakirə ediblər.
Bizim.Media-ya açıqlamasında sabahkı Brüssel təmaslarını şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, sərhədlərin delimitasiyası məsələsində bəzi razılaşmalar əldə oluna bilər:
“Soçi görüşü real nəticələrlə yadda qalmadı. Amma Brüssel görüşündə sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyişlər ola bilər. Ən azından sərhədlərin hansı xəritələr üzrə müəyyənləşdirilməsi məsələsində ola bilsin hansısa kompromis əldə edilsin. Azərbaycan 1918-1923-cü il xəritələrini, Ermənistan isə 1991-ci ilin xəritələrini təklif edir. Deməli fikirlər fərqlidir. Bu fərqliliyi aradan qadırmaq üçün ola bilsin Brüsseldə müəyyən ümumi nöqtəyə gələ bilərlər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:45 / 02.11.2022
Sabah BRÜSSELDƏ - Azərbaycan 1918-1923-cü il xəritələri üzrə torpaqlarını geri istəyəcək
Hazırda oxunan: Sabah BRÜSSELDƏ - Azərbaycan 1918-1923-cü il xəritələri üzrə torpaqlarını geri istəyəcək
Hazırda oxunan: Sabah BRÜSSELDƏ - Azərbaycan 1918-1923-cü il xəritələri üzrə torpaqlarını geri istəyəcək
102440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.