Ərdoğandan Azərbaycanla bağlı QƏRAR

Hazırda oxunan: Ərdoğandan Azərbaycanla bağlı QƏRAR

102369

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb. 

Sərəncam “Resmi Gazete”də dərc edilib. 

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib. 
Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin