“Qarabağ” adının beynəlxalq arenada “Karabakh” kimi əks olunması doğru deyil – AMEA

Hazırda oxunan: “Qarabağ” adının beynəlxalq arenada “Karabakh” kimi əks olunması doğru deyil – AMEA

102256

Prezident İlham Əliyev bu gün müasir, inkişaf etmiş Azərbaycanın qurucusudur və 30 ildən sonra tarixi qələbə ilə xalqımızın Qarabağa qayıdışını təmin edib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. 

Onun sözlərinə görə, ötən iki il ərzində ölkə başçısının Vətən müharibəsindəki xilaskarlıq və quruculuq missiyası lazımi şəkildə elmi ədəbiyyatda əks olunmayıb və bu istiqamətdə kompleks yanaşmaya, fundamental tədqiqatlara ehtiyac var:

“Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Qarabağ” adının yazılışı vahid formada olmalıdır və beynəlxalq arenada “Karabakh” formada əks olunması doğru yanaşma deyil.
Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiye” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı müvafiq addımlar atmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin