Rəsulzadənin 76 yaşlı VARİSİ – “Prezidentimiz Qarabağ məsələsində qəti mövqedə dayanıb”

Hazırda oxunan: Rəsulzadənin 76 yaşlı VARİSİ – “Prezidentimiz Qarabağ məsələsində qəti mövqedə dayanıb”

102250

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı Rəis Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin varisi və yadigarının 76 yaşı tamam olur.

Bizim.Media-ya danışan Rəis Rəsulzadə dünən gecədən xeyli sayda təbriklər aldığını, bu gün isə doğmaları və yaxın dostları ilə bir arada olacağını deyib:

“Doğum günümü diqqətdə saxladığınıza görə Bizim.Media kollektivinə xüsusi təşəkkürümü bildirirəm. Dünəndən təbriklər alıram. İçərisində tanınmış simalar, ziyalı və yazıçı dostlarım da var. Yeri gəlmişkən Zəfər günü ərəfəsindəyik.
Fürsətdən istifadə edib, bütün xalqımızı qələbə günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa və can sağlığı diləyirəm. 30 ildən sonra onların sayəsində başımız dikdir”.

Rəis Rəsulzadə dünən Soçidə baş tutan üçtərəfli görüşə də toxunub:

“Dünən prezidentlərin görüşü oldu. Yenə də Rusiya başçısı ikitərəfli danışır. Belə anlaşılır ki, məsələni uzatmaq istəyirlər. Erməni diasporası dinc dayanmır, Amerikanı, Fransanı məsələyə qatır. Gah Rusiyaya, gah da  Fransaya yaltaqlanır. Buna baxmayaraq prezidentimiz İlham Əliyev Qarabağ məsələsində qəti mövqedə dayanıb. Arzu edirəm, sona qədər belə də davam edək. İndi artıq 90-cı illər deyil.

O dövrdə ordu filan yox idi. İndi güclü ordumuzun olduğunu Rusiya da etiraf edir və öz kanallarında dilə gətirir. Bizlə hesablaşdıqları faktdır. Ümumilikdə isə bütün dünya alışıb yanır. Ümid edək ki, hər şey yaxşı olacaq”.
Rəis Rəsulzadə arzusunu da dilə gətirib. Sonuncu dəfə 1986-cı ildə Şuşada olduğunu vurğulayan müsahibimiz müqəddəs şəhəri azad olunandan sonra görmədiyini bildirib:

“O vaxt Şuşa qəlbimdə romantik və qeyri-adi bir şəhər kimi obrazlaşmışdı. Doğrudan da canlandırdığım obrazın reallığını görmüşdüm. 10 gün qaldım və hər yeri gəzdim. Çox dəyərli yerdi. Müharibədən sonrakı Şuşanı da görmək çox maraqlı olardı. Amma hələki dəvət edilməmişəm. Baxmayaraq ki, bir neçə dəfə söz veriblər. İmkan olan kimi gedəcəyəm”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin