Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Oktyabrın 24-dən bu günədək əməliyyat şəraitində heç bir dəyişiklik olmadığı halda qarşı tərəfin silahlı qüvvələrinin baş qərargah rəisinin belə bir açıqlama verməsi onun əməliyyat şəraitindən xəbərsiz olduğunu nümayiş etdirir.
Bildiririk ki, əməliyyat şəraitində heç bir dəyişiklik olmayıb və bölmələrimiz əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir", - məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:39 / 31.10.2022
“Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir” – Müdafiə Nazirliyi İDDİALARI YALANLADI
Hazırda oxunan: “Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir” – Müdafiə Nazirliyi İDDİALARI YALANLADI
Hazırda oxunan: “Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir” – Müdafiə Nazirliyi İDDİALARI YALANLADI
102117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.