“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycan və Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən, ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyyət Bayramı“nda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır:
MÖVZU İLƏ BAĞLI:
“Qarabağda yaşayan ermənilərin həyatları indikindən qat-qat yaxşı olacaq” – Sahibə Qafarova
“Vətən müharibəsinin ilk dəqiqələrindən sonunadək Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe Azərbaycanın haqq işi uğrunda mübarizədə tək olmadığını hər kəsə göstərdi”.
Azərbaycan Parlamentinin sədri bildirb ki, ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib.
Bizim.Media